aze | eng | rus
GEMİNİ Studio 2013-cü ildə müştərilərə və istənilən memarlıq layihələrinin rəhbərlərinə güclü və istiqamətlənmiş xidmət göstərmək üçün yaradılmışdır.

Biz ilk öncə müştərilərin tələblərinə uyğun olan ilkin tədqiqat aparırıq. Daha sonra konsepsiya dizaynı, sxem və interyer dizaynının inkişafı üzərində işləyirik.

GEMİNİ Studio-nun portfoliosuna Bakıdakı “Dənizkənarı Milli Park”, “Panorama Çarxı”, “Xəzər Lotosu Fontanı” layihələri, Batumidəki üzərində işlənməsi hələ də davam edən “Cubic Tower Hotel” layihəsi daxildir. Adı çəkilən otel tanınmış operator Swiss-Belhotel tərəfindən idarə olunacaqdır.

Eyni zamanda lazımi sahələrdən biri olan və memarlıq layihələrinin təqdimatında istifadə olunan 3D video görüntülərin hazırlanması xidmətini də təklif edirik.

Gemini Studio sizləri maraqlı ideyaları ilə təəccübləndirməyə davam edir. Bizim üçün sizin rahatlığınız və məmnuniyyətiniz cox önəmlidir. Bizim əsərimiz sizin istəyinizdən asılıdır!



Fatima Cabarli

Baş Dizayner

Baş dizayner layihələrin konsepsiyasının və stilistik üslubunun düzgün icrasını təmin edir. Baş dizayner bütün mərhələlərdə Art Direktor və İnteryer Dizayner ilə birlikdə işləyir.


Orxan İbrahimli

Art Direktor

Art Direktor dizayn heyəti üçün layihənin konsepsiyasını və dizayn üslubunu istiqamətləndirir və iş boyu nəzarəti təmin edir.


Şərgiyyə Hüseynzadə

Baş Memar

Binaların və digər tikililərin dizaynını və planlaşdırmasını təmin edir. Vizual görünüşlə yanaşı həmçinin tikililərin funksional, təhlükəsiz və qənaətcil olmalarına xüsusi diqqət yetirir.


Leyla Salayeva

İnteryer Dizayner

İnteryer dizayner layihənin konsept mərhələsindən təhvilinə qədər konseptualizasiyasını, material seçimini və qrafik vizualizasiyasını icra edir.


Aydan Məmmədhəsənova

Layihə Koordinatoru

Layihə Koordinatoru müştəri və Gemini Studio arasındakı koordinasiya vəzifəsini yerinə yetirir.